- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
FİFA dünyanın futbol yığmalarının növbəti reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan yeni reytinq siyahısında beş pillə irəliləyib.
Komandamız hazırda 131-ci pillədə qərarlaşıb. Ötən ay 215 bala malik olan komandamızın hesabında hazırda 222 reytinq xalı var. Millimizin reytinq cədvəlindəki qonşuları 223 xala malik Lixtenşteyn və 221 xallı Arubadır.
AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimizdən İtaliya 12-ci (1112), Xorvatiya 19-cu (945), Norveç 69-cu (512), Bolqarıstan 70-cidir (506). Millimizin yalnız Maltanı qabaqlayır (164 xalla 149-cu).
Keçmiş SSRİ ölkələri arasında ən yaxşı göstərici Ukraynaya məxsusdur (26-cı yer; 859 xal). Bu ölkəni Rusiya (33; 792), Özbəkistan (71; 493), Ermənistan (74; 470), Estoniya (85; 385), Litva (96; 355), Latviya (100; 342), Belarus (101; 331), Moldova (121; 254) və Gürcüstan (126; 234) izləyir. Komandamız Tacikistan (137; 215), Qazaxıstan (139; 203), Türkmənistan (147; 170) və Qırğızıstandan (151; 146) öndədir.
Türkiyə yığması 619 xalla 50-ci pillədədir.
İlk 10-luqda qərarlaşan komandalar isə bunlardır: Almaniya (1729), Argentina (1534), Kolumbiya (1456), Belçika (1430), Hollandiya (1385), Braziliya (1333), Portuqaliya (1189), Fransa (1168), Uruqvay (1146), İspaniya (1144).
Fevral ayının ən yaxşı göstəricisinə imza atan komanda 59 pillə irəliləyən Ekvatorial Qvineya olub. Ən pis göstərici isə 35 pillə geriləmiş Liviyaya məxsusdur.