Millimiz İngiltərəyə məğlub oldu

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsində Azərbaycan yığması bu gün ikinci oyununa çıxıb. Allsport.az xəbər verir ki, yığmamız Fransanın Baye şəhərindəki “Anri Jann” stadionunda İngiltərə komandası ilə qarşılaşıb.

İlk turda məğlub olan Nikolay Adamın çalışdırdığı komandamız bu dəfə də məğlubiyyətlə üzləşib.

Qrupun digər oyununda isə meydan sahibi Fransa Danimarka ilə münasibətlərinə aydınlıq gətirib. Fransızlar iki cavabsız qolla üstün olublar.

Xatırladaq ki, ilk turda Azərbaycan Fransaya 0:2, Danimarka isə İngiltərəyə 2:3 hesabıyla uduzmuşdu.

AÇ-nin elit mərhələsi
7-ci qrup
28 mart

Danimarka – Fransa – 0:2
Fler. “Stad-dyu-Aze”. Baş hakim – Nikolay Dabanoviç (Monteneqro).

İngiltərə – Azərbaycan – 1:0
Qol: Smit-Braun, 37 (1:0).
Sarı vərəqə: Smit-Braun, 36 – İ.Səfərzadə, 42. Kuhl, 57. Q.Qurbanov, 73.
Baye. “Anri Jann” stadionu. Baş hakim: Adrien Jakkotte (İsveçrə).

İngiltərə: 13. Vudman, 2. Smit-Braun, 5. Qallovay, 6. Qomes, 12. Ayna (k), 14. Kuk (10. Kolket, 79), 17. Kuhl, 7. Roberts (11. Qrey, 67), 8. Loftus-Çik, 15. Feuster (9. Braun, 83), 16. Kivomya.
Ehtiyat oyunçular: 1. Qun, 3. Çilvel, 18. Dikki.
Azərbaycan: 12. Tolqa Şahin, 2. İlyas Səfərzadə, 3. Qazıməhəmməd Qurbanov, 13. Elgün Uluxanov, 14. Yusif Nəbiyev, 6. Budaq Nəsirov (16. Emin Zamanov, 89), 8. Mirkamil Həşimli, 9. Fəhmin Muradbəyli (23. Vadim Ağarəhimov, 46), 17. Qismət Əliyev, 7. Mahir Mədətov (k) (11. Roman Hüseynov, 61), 10. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 1. Ağaseyid Qasımov, 4. Bəhlul Mustafazadə, 5. Renat Ağaverdiyev, 21. İlkin Sadıqov.

Qrupdakı vəziyyət: Fransa – 6, İngiltərə – 6, Danimarka – 0, Azərbaycan – 0.

Həmin kateqoriyadan