- Baxış sayı: 68
- 01 Mart 2026 12:23
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

18 yaşadək oğlanlardan ibarət Azərbaycan seçməsi şərqi Avropa voleybol zonal assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün bu gün Latviyaya yola düşüb.
Allsport.az xəbər verir ki, 20-23 noyabrda Latviyanın Daugavpils şəhərində keçiriləcək yarışda komandamız “B” qrupunda mübarizə aparacaq. Rəqiblərimiz Estoniya və Ukrayna yığmalarıdır.
U-18 millimizin heyəti:
Baş məşqçi: Cahangir Seyed Abbasi
Məşqçi: Akif Vəliyev
Oyunçular: Elvin Qədirli, Əlihüseyn Məmmədov, Əli Həmzəyev, İsmayıl Abbasov, Okan İsayev, Məhəmməd Orucov, Zamiq Mayılov, İslam Zamanov, Orxan Aslanzadə, Daniil Belov, Rafiq Rzayev, Elvin Abdullayev, Turan Qəhrəmanlı, Məhəmməd Bayramov.