Millimiz növbəti seçmə mərhələnin püşkü zamanı hansı səbətdə yer alacaq?

Fevralın 5-də İsveçrənin Nyon şəhərində gənclərdən ibarət komandalar (U-21) arasına Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Allsport.az xəbər verir ki, artıq komandaların püşkatma zamanı hansı səbətlərdə yer alacağı da bəllidir.

Azərbaycan yığması E səbətində qərarlaşıb. Millimizlə eyni səbətdə yer alan Bolqarıstan, Kipr, Makedoniya, Litva, Qazaxıstan, Albaniya, Latviya və Estoniya ilə qarşılaşmayacağımız indidən bəllidir.

Digər səbətlərin tərkibi isə aşağıdakı kimidir:

A səbəti: İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa, Çex Respublikası, Portuqaliya, Niderland, Danimarka

B səbəti: Rusiya, İsveçrə, İsveç, Serbiya, İsrail, Ukrayna, Slovakiya, Rumıniya, Belçika

C səbəti: Türkiyə, Sloveniya, Avstriya, Şotlandiya, Yunanıstan, Xorvatiya, Norveç, Ermənistan, Monteneqro

D səbəti: Finlandiya, Uels, Macarıstan, İslandiya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, İrlandiya, Belarus

F qrupu: Farer adaları, Şimali İrlandiya, Lüksemburq, Malta, San-Marino, Andorra, Lixtenşteyn

Rusiya ilə Ukraynanın, Azərbaycanın isə Ermənistanla eyni qrupda oynamasına icazə verilməyəcək.

Qeyd edək ki, bu AÇ-nin final mərhələsi 2017-ci ildə Polşada keçiriləcək. Məhz bu qitə birinciliyində ilk dəfə 8 yox, 12 komanda mübarizə aparacaq. İngiltərə, İtaliya, Almaniya, Çex Respublikası, Portuqaliya, Danimarka, İsveç və Serbiya 2015-ci ildə Çex Respublikasında keçiriləcək AÇ-nin final mərhələsinin iştirakçılarıdır.

Həmin kateqoriyadan