- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Qadın futbol millisi Avropa çempionatının 1-ci pley-offuna vəsiqə qazanıb. Allsport.az saytı xəbər verir ki, “B” liqasının 1-ci qrupunda 4 xalla 4-cü olan seçməmiz final mərhələsində iştirak imkanını davam etdirir. Komandamız bu dəstədə ən yaxşı 4-cü yerin sahibi kimi bu hüquqa yiyələnib.
İyulun 19-da 1-ci raundun püşkatması keçiriləcək. Azərbaycan millisi digər 11 iştirakçı arasında ən yüksək reytinqlilərdən biri olacaq.
1-ci pley-offun oyunları oktyabrın 23-də və 29-da keçiriləcək. 6 cütün qalibi 2-ci mərhələyə vəsiqə qazanacaq.