Millimiz Prezident kuboku turnirində ikinci yeri tutdu

Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yeri tutub. Allsport.az xəbər verir ki, İspaniya yığmasına qarşı keçirilmiş final oyununun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

44-cü dəqiqədə komandamızın kapitanı Elçin Əsədov cərimə zərbəsindən ötürülən topu başla qapıdan keçirib. 60-cı dəqiqədə rəqib komandanın kapitanı Manuel Morlanes hesabda tarazlıq yaradan qolu vurub. Qarşılaşma bu hesabla yekunlaşdığı üçün turnirin Əsasnaməsinə uyğun olaraq qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən ispaniyalı futbolçular 4:1 (ümumi nəticə – 5:2) hesabı ilə qələbə qazanaraq “Prezident kuboku” turnirinin qalibi olub.

Həmin kateqoriyadan