Millimiz uğurlu çıxış edir

Ruminiyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında 3 sərbəst güləşçimiz uğurlu çıxış edərək final üçün vəsiqə qazanıb.

Allsport.az xəbər verir ki, Rəşid Babazadə (65 kq), Məhəmməd Bəşir Xaniyev (70 kq) və İslam İlyasov (97) qızıl medal uğrunda mübarizə aparacaqlar.

Yarımfinalda Babazadə türkiyəli Həmzə Sopalıya 11:8, Xaniyev gürcüstanlı Davit Patsinaşviliyə 7:4, İlyasov isə macarıstanlı Riçard Veqə hesabı ilə qalib gəlib. Onlar finalda, müvafiq olaraq, fransalı Xamzat Arsamerzoyev, ermənistanlı Hayk Papikyan və türkiyəli Oktay Çiftçi ilə qarşılaşacaqlar.

Nurəddin Novruzov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) isə yarımfinalda uduzduqlarından bürünc medal uğrunda mübarizəyə çıxacaqlar. 3-cü yer uğrunda görüşdə Novruzov Rafal Şevç (Polşa) / Edik Harutyunyan (Ermənistan) cütünün qalibi, Əmiraslanov isə digər ermənistanlı təmsilçi Narek Qriqoryanla xalçaya çıxacaq.

Həmin kateqoriyadan