- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Bakıda 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-nin elit mərhələsinin 2-ci qrupunun oyunlarına start verilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığması ilk matçında Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirib.
Komandamız darmadağınla uduzub. Xorvatlar Bakıda 4 cavabsız qolla qalib gəliblər.
Bundan öncə isə Portuqaliya Serbiya ilə qarşılaşıb. Bu görüşdə hesab açılmayıb.
U-17-lər arasında AÇ-nin elit mərhələsi
2-ci qrup
17 mart
Portuqaliya – Serbiya – 0:0
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Hakim: Endryu Dallas (Şotlandiya).
Xorvatiya – Azərbaycan – 3:0 (1:0)
Qollar: Majiç, 23 (1:0). Majiç, 62 (2:0). Erliç, 64 (3:0). Bleçiç, 79 (4:0).
Bakı. “Bakcell Arena”.
Hakim: Dimitros Massias (Kipr).
Xorvatiya: 1. Şemper, 2. Hudeçek, 3. Sosa, 5. Erliç, 6. Soldo, 4. Boroveç, 7. Brekalo, 8. Durasek, 10. Moro (k), 9. Majiç, 16. Bleçiç.
Ehtiyat oyunçular: 12. Nevistiç, 13. Karamarko, 14. Oluiç, 15. Pruqoveçki, 18. Qjira, 17. Markota.
Baş məşqçi: Dario Başiç.
Azərbaycan: 1. Murad Popov, 2. Ruslan Bedıyev, 3. Anton Krivotsyuk, 5. Xəyal Əmirli, 14. Kənan Zülfüqarov, 10. Murtuzəli Abakarov, 13. Hacıəli Hacıyev (k), 8. Yusif Cəfərov, 9. Qara Qarayev, 11. Oruc İsmayılov, 17. Famil Camalov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 4. Elvin Dəmirov, 6. Əzəmət Ələkbərli, 7. Nicat Süleymanov, 15. Firudin Mövsümov, 16. Ravil Yusifli, 18. Səid İbadov.
Baş məşqçi: Mirbağır İsayev.