Millimiz Xorvatiya, Serbiya və Portuqaliyanın qrupunda!

Bu gün İsveçrənin Nyon şəhərində 17 yaşadək futbolçulardan ibarət komandalar arasında AÇ-2015-in elit mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

Komandamız Portuqaliya, Xorvatiya və Serbiya ilə birgə 2-ci qrupa düşüb.

Digər qrupların tərkibi aşağıdakı kimidir:

1-ci qrup: İspaniya, Fransa, İsveç, İsrail.

3-cü qrup: Hollandiya, Belçika, Gürcüstan, Şimali İrlandiya.

4-cü qrup: Polşa, İrlandiya, Belarus, Yunanıstan.

5-ci qrup: Avstriya, Rusiya, İslandiya, Uels.

6-cı qrup: İngiltərə, Rumıniya, Norveç, Sloveniya.

7-ci qrup: Çexiya, Şotlandiya, Macarıstan, Bosniya və Herseqovina.

8-ci qrup: Almaniya, İtaliya, Slovakiya, Ukrayna.

8 qrup qalibi və daha yaxşı göstəriciyə malik 7 qrup ikincisi final mərhələsinə vəsiqə qazanacaq. Final mərhələsi Bolqarıstanda keçiriləcək. Həlledici mərhələnin oyunları 2015-ci ilin 6-22 may tarixləri aralığında keçiriləcək.

Həmin kateqoriyadan