- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Rumıniya paytaxtı Buxarestdə gənc güləşçilərin Avropa birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, bu rəqabətdə “sərbəstlər”imiz 2 qızıl və 4 bürünc medal qazanıblar.
Bu nəticə ilə millimiz komanda hesabında 55 xalla 3-cü olub. 78 xal toplayan Rusiya 1-ci, 64 xalla Gürcüstan 2-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, ötən ilki eyni yarışda sərbəst güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanmışdı.