- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bu gün Sankt-Peterburqda FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin sayca 27-ci beynəlxalq xatirə turnirinə start verilib. Allsport.az xəbər verir ki, turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması da ilk oyununa çıxıb.
Millimiz ilk oyununu Peterburqski İdman-Konsert Kompleksində Yaponiya komandasına qarşı keçirib. Erkən qolla hesabda önə keçən komandamız bu üstünlüyünü sonadək qoruyaraq, start matçından qalib ayrılıb.
Futbolçularımız turnirdə ikinci oyununu sabah – yanvarın 4-də, yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə saat 16:30) Rusiya-2 komandasına qarşı keçirəcək.
Valentin Qranatkinin xatirə turniri
Qrup mərhələsi
“F” qrupu
3 yanvar
Azərbaycan – Yaponiya 1:0 (1:0)
Qol: Elnur Cəfərov, 8.
Sarı vərəqələr: Takero Kişimoto, 30 – Əlibəy Məmmədli, 16, Umar Akmurzayev, 38, Elvin Sərkərov, 50.
Hakimlər: Aleksandr Borisov, Aleksey Manin, Aleksandr İvanov (Hakimlər briqadası Rusiyadandır).
Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi.
Yaponiya: 1. Kojima Ryosuke, 2. Fujitano So (12. Noda Hiroki, 76), 3. Yuta Nakayamo, 5. Syouji Honoya, 6. Urata İtsuki, 7. Koji Miyoşi (11. Hayate Kobayaşi, 68), 10. Yoiçi Naqanuma (8. Kazune Kubota, 73), 13. Takero Kişimoto, 14. Koki Sugimori (9. Koki Oqava, 57), 16. Sasaki Takumi, 17. Sakai Daysuke (k).
Ehtiyatda qalanlar: 15. Morişima Tsukasa, 18. Abe Koto.
Azərbaycan: 1. Ağaseyid Qasımov, 5. Renat Ağaverdiyev, 6. Əlibəy Məmmədli (18. Elvin Sərkərov, 46), 7. Mahir Mədətov (21. İlkin Sadıqov, 83), 8. Emin Zamanov, 10. Elnur Cəfərov (9. Şahban Cəbrayılov, 90+2), 11. Umar Akmurzayev (17. Fərid Kərimzadə, 68), 23. Elgün Uluxanov, 14. Yusif Nəbiyev, 20. Roman Hüseynov (2. Sertan Taşkın, 89), 27. Bəhlul Mustafazadə (k).
Ehtiyatda qalanlar: 12. Şahin Tolqa, 3. Elməddin Məmmədov, 24. Ayxan Əsədov.