- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
23-25 fevralda Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə 22-ci beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, qadın millimiz bu şəhərdə yerləşən Qönçə Zaspa təlim-məşq bazasında yerli komanda ilə birgə təlim-məşq toplanışındadır. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə hazırlıqları davam etdirən yığmamızın 5 üzvü turnirdə sınaqdan keçiriləcək. Bunlar Türkan Nəsirova (50 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq) və İrina Netrebadır (65 kq).
Sərbəst güləş millimizi böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi – 57 kq), Mircəlal Həsənzadə, Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq), Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev, Kənan Əliyev (86 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) təmsil edəcəklər.
Baş məşqçi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi ilə yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov, Elvin Mürsəliyev (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev, Türmən Eyyubov (97 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaqlar.
Görüşlərin idarə edilməsində ölkəmizi 3-cü dərəcəli beynəlxalq hakim Bəşir İsazadə təmsil edəcək.