Millimizin baş məşqçisi hansı klubdan FİFA-ya şikayət etdi?

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Serbiyanın “Srvena Zvezda” klubuna qarşı iddia qaldırıb. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Serbiya təmsilçisinin ona olan 130 min avroluq borcunu ödəməsini tələb edir.

Artıq 46 yaşlı çalışdırıcı bu barədə vəkili Nikolas Badinoviçə göstəriş verib. Badinoviç isə məsələ ilə bağlı həmin klubu FİFA-ya şikayət edib.

Qeyd edək ki, Prosineçkinin Serbiya klubu ilə müqaviləsi 2012-ci ilin avqustunda ləğv olunub.

Həmin kateqoriyadan