- Baxış sayı: 59
- 04 Dekabr 2025 18:41
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Nikolay Adama Hindistan Futbol Federasiyasından təklif gəlib. Allsport.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, almaniyalı mütəxəssis Hindistanın 17 yaşadək futbolçulardan ibarət yığmasına baş məşqçi təyin olunacaq. Onun yaxın vaxtlarda danışıqlara yollanacağı bildirilir.
Qeyd edək ki, Nikolay Adam daha öncə Azərbaycanın U-17 yığmasında çalışıb. 2013-cü ilin sonlarında isə o, U-19 yığmasına baş məşqçi təyin olunub.