Millimizin cazibəli voleybolçusu öz göynəyini «Zirə»nin hansı futbolçusuna geyindirdi?

Milli komandamızın ukrayna əsilli voleybolçusu Liza Ruban «Zirə»nin futbolçusu Yovan Krneta ilə yaxın münasibətdədir. Allsport.az saytı xəbər verir ki, cütlük bir-birlərinin xətrini çox istəyir, onlar daim birgədirlər.
Aşiqlər imkan tapan qarşı tərəfin oyunu canlı izləyir. Bu günlərdə belə bir addımı xarkovlu gözəl atıb. O, «Əlincə Arena»da keçirilən «Qarabağ» – «Zirə» görüşündə serbiyalı müdafiəçinin çıxışını birbaşa izləyib.

Düzdür, Qurban Qurbanovun komandası qonaqları 2:0 hesabı ilə məğlub edərək, sevgililəri üzüb. Amma bu, uzun sürməyib, hər 2 yar yenə bir-birinə qovuşub. Liza «Telekom»da ona məxsus voleybol köynəyini Yovana geyindirib.
Öz aramızdır, 3 nömrəli idman forması Krnetaya yaxşı yaraşıb, elə bil, lap elə onunbədən ölçüsünə tikilib. Görəsən, eyni hərəkəri serbiyalı futbolçu da edibmi? Bax, bu məqam hələ ki, naməlum qalır.

K.HACI

liza1

 

Həmin kateqoriyadan