Millimizin rəqibi bu gün müəyyənləşəcək
5 yanvar 2015 / 10:47 Baxış sayı: 1192 FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə ənənəvi beynəlxalq turnirdə U-19-dan ibarət Azərbaycan millisinin növbəti rəqibi bu gün Bakı vaxtı ilə 17.30-da keçiriləcək Slovakiya – Sankt-Peterburq matçından sonra müəyyənləşəcək.
Allsport.az saytı xəbər verir ki, 1-ci qrup mərhələsində Yaponiyanı 1:0, Rusiya-2 komandasını 4:2 hesabı ilə məğlub edən seçməmiz növbəti mərhələyə qrup lideri kimi yüksəlib. Komandamız növbəti oyununu yanvarın 7-də keçirəcək.