- Baxış sayı: 73
- 26 Mart 2026 23:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bu gün İsveçrənin Nyon şəhərində, final mərhələsi 2022-ci ildə Bosniya və Hersoqovinada olacaq 17 yaşadək qadın komandaların Avropa çempionatının 2-ci seçmə mərhələsinin püşkü atılıb.
Allsport.az saytı xəbər verir ki, reytinqə əsasən “B” liqasında qərarlaşan millimiz 3-cü qrupda Albaniya, Şotlandiya və Şimali Makedoniya ilə “A”-ya vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.
Bu qrupun oyunları gələn il 8-14 martda Albaniyada keçiriləcək.