- Baxış sayı: 42
- 20 Mart 2026 22:25
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0
Türkiyə PTT 1-ci liqasında 7-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuq Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Samsunspor”la qarşılaşıb. Matç qolsuz başa çatıb – 0:0. Start heyətdə meydana çıxan Budaq bu dəfə də sonadək mübarizə aparıb. O, 75-ci dəqiqədə sarı vərəqə də alıb.
Qeyd edək ki, “Qaziantep BB” hazırda 13 xalla 3-cü pillədə qərarlaşıb.