- Baxış sayı: 44
- 20 Mart 2026 22:25
- Baxış sayı: 183
- Mart 19, 2026
- 0
Almaniya ikinci Bundesliqasında 27-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna” da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisi səfərdə autsayer “Sankt-Pauli” ilə qarşılaşıb. Matç həmyerlimizin klubunun 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Ərat matçın 73-cü dəqiqəsində meydana çıxsa da, hesab dəyişməz qalıb.
Qeyd edək ki, “Fortuna” hazırda 39 xalla 7-ci pillədə qərarlaşıb.