- Baxış sayı: 96
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

17 noyabrdan etibarən Bakıda basketbol üzrə kişilərdən ibarət yığma komandamız 2029-cu ildə baş tutacaq Avropa çempionatının (Eurobasket) ilkin seçmə mərhələ oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına start verib.
Allsport.az xəbər verir ki, 25 noyabra qədər davam edəcək təlim-məşq toplanışına baş məşqçi Tahir Baxşıyev tərəfindən dəvət olunan basketbolçular müəyyənləşib.
Bunlar Amil Həmzəyev, Şirzad Şirzadov, Elşad Şirzadov, Əkbər Məmmədov, Kamran Məmmədov, Tariyel Yusifzadə, Ramazan Qarayev, Hüseyn Qaflanov, Saadəddin Donat, Cəbrayıl Əkbərov, Ulaş Turqut, Emmanuel Aqbason, İmayıl Abdullayev, Dərin Bərkoz, Hüseyn Məmmədov, Ərcan Donat, Məhəmməd Hüseynli, Səid İsmayılov, Rəşid Abbasov, Endər Poladxanlı. Millimizin yeni üzvü Vesli Van Bek isə heyətə Şimali Makedoniyada qoşulacaq. Hazırlıq prosesinin yekununda məşqçilər korpusu tərəfindən 12 nəfər basketboluçu millinin əsas heyətinə cəlb olunacaq.
Yığma qrupda ilk seçmə mərhələ görüşünü 27 noyabr Bakı vaxtı ilə saat 22:00-da səfərdə Şimali Makedoniyaya qarşı, ikinci oyununu isə 30 noyabr saat 18:00-da Bakıda Lüksemburq yığmasına qarşı keçirəcək.