Milliyə 23 qadın futbolçu dəvət olundu

Qadınlardan ibarət Azərbaycan yığma komandasının millətlər liqasının seçmə mərhələsi çərçivəsində Litva və Monteneqro seçmələrinə qarşı keçiriləcək səfər oyunları üçün heyəti müəyyənləşib.

Allsport.az xəbər verir ki, milli martın 31-də Litvanın paytaxtı Vilnüsə yollanaraq, təlim-məşq toplanışına orada başlayacaq.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv “C” liqasının IV qrupu çərçivəsində aprelin 4-də, Bakı vaxtı ilə saat 19:30-da, Vilnüsdəki “Jalgiris” stadionunda Litva yığması ilə, aprelin 8-də, Bakı vaxtı ilə saat 20:00-da Nikşiç şəhər stadionunda Monteneqro seçməsi ilə qarşılaşacaq.

Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:

S.AD/SOYADKLUB
1Aytac ŞərifovaHakkarigücü (Türkiyə)
2Nərgiz ƏliyevaFatih Vətən (Türkiyə)
3Günay İsmayılovaNeftçi
4Nigar MirzəliyevaZenit (Rusiya)
5Manə MollayevaNeftçi
6Fidan CəfərovaNeftçi
7Yeliz AcarFatih Vətən (Türkiyə)
8Kamilla MəmmədovaDirçəliş
9Firəngiz TeymurovaNeftçi
10Jalə MəhsimovaAmed Spor (Türkiyə)
11Peritan BozdağFatih Vətən (Türkiyə)
12Nazlıcan ParlakQalatasaray (Türkiyə)
13Coşqunə ƏliyevaNeftçi
14Sevinc CəfərzadəKrasnodar (Rusiya)
15Ayşən ƏhmədovaÜnyespor (Türkiyə)
16Alina DorofeyevaRubin (Rusiya)
17Diana MəmmədovaRubin (Rusiya)
18Ayşən SalamzadəNeftçi
19Xanım ƏsədovaNeftçi
20Sona RəhimovaNeftçi
21Aysun MuradovaGölbaşı Belediye Spor Türkiyə)
22Esra ManyaFatih Vətən (Türkiyə)
23Alina NəhmədovaNeftçi

Həmin kateqoriyadan

azenrutr