- Baxış sayı: 27
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Bu gün “Kür” olimpiya tədris-idman mərkəzində akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası” start götürdü.
Allsport.az saytı xəbər verir ki, yarışda bizimkilərlə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparır. Yarışın qısa açılışında mərkəzi Aran regional gənclər və idman idarəsinin rəisi Azad Gözəlov və Azərbaycan kanoe və avarçəkmə federasiyasının baş katibi Fərhad Əliyev çıxış etdilər.
Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq. Oktyabrın 18-də Mingəçevirdə final yarışı və bağlanış olacaq.