- Baxış sayı: 141
- 26 Noyabr 2025 13:17
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə avarçəkmə üzrə “Prezident kuboku”nda bu gün Azərbaycan millisi daha uğurlu çıxış etdi. Allsport.az saytı xəbər verir ki, Mingəçevirdə davam edən reqatada 4 təmsilçimiz fəxri kürsüyə çıxdı.
1-yerlik qayıqda kayakda 500 metrə yürüşdə Əlimurad Hacızadə (2009) finişə hamıdan tez çatdı. Akademik avarçəkmədə 1-yerlik qayıqda 1500 metr məsafəyə yürüşdə Nurlan Paşayev (2006) gümüş, 2-yerlik qayıqda kayakda 500 metrə məsafəyə yürüşdə Qiyas Əhmədov, Vacib Babayev (2008-2009) bürünc medal qazandılar.