- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Gənclər və idman nazirliyi ilə Azərbaycan kanoe və avarçəkmə federasiyasının təşkilatçılığı ilə avarçəkmə üzrə Azərbaycan birinciliyinə start verilib.
Allsport.az xəbər verir ki, yarışın açılış mərasimində Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, həmçinin, gənclər və idman nazirliyi ilə Azərbaycan kanoe və avarçəkmə federasiyasının nümayəndələri iştirak edib.
Çıxışlar zamanı ölkəmizdə avarçəkmə idmanının son illərdə yeni inkişaf dövrü yaşadığı bildirilib. Gənclər arasında sevilən idman növünə cəlb edilən yeniyetmə və gənclərin sayı hər il daha da artdığı vurğulanıb, bu amilin gələcəkdə peşəkar və güclü komandanın formalaşmasında mühüm rol oynayacağı qeyd olunub.
Açılış mərasimindən sonra yarışlara start verilib. Azərbaycan birinciliyində Bakı və Mingəçevirdən olan 2006-2007, 2008-2009 və 2010-2011-ci il təvəllüdlü 100-dən artıq avarçəkən mübarizə aparır. Bu isə son illərdə avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə ən yüksək göstəricidir.
Qeyd edək ki, turnirə sabah 24-ündə yekun vurulacaq. Qaliblər diplom və medallarla mükafatlandırılmaqla yanaşı mayda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək yığma komandanın heyətinə cəlb ediləcək.