- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, gənclər və idman nazirliyi ikinci dəfə açıq suda kütləvi üzmə yarışı keçirəcək. Allsport.az saytı xəbər verir ki, açıq suda üzgüçülük yarışları açıq su hövzələrində (çaylar, göllər, dənizlər və okeanlar) müxtəlif məsafələrə təşkil edilir.
Oktyabrın 1-də Kür çayının iki sahili arasında təşkil ediləcək “Kürü keçək?!” adlı üzmə yarışında ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 15 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Qeyd edək ki, nazirlik ilk dəfə açıq suda üzmə yarışını “Xəzər dalğası” adı altında təşkil etmişdi. Bu dəfə yarış Mingəçevir şəhərində, Kür çayında peşəkarlar və həvəskarlar arasında təşkil ediləcək.