- Baxış sayı: 33
- 17 Oktyabr 2024 19:36
- Baxış sayı: 72
- Oktyabr 17, 2024
- 0
Monqolustanın paytaxtı Ulan-Batorda Rio-2016-ya vəsiqə verən dünya təsnifat turniri yekunlaşmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, sərbəst və yunan-Roma güləşində finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Braziliyaya yollanmaq imkanı qazanır.
Turnirin son günündə ölkəmizi Mircəlal Həsənzadə (57 kq) təmsil edib. O, finala qədər irəliləməklə olimpiadaya vəsiqə qazanıb. Bu, güləş komandalarımızın qazandığı 13-cü, “sərbəstlər”mizin 6-cı olimpiya lisenziyası olub. Beləliklə, bu növdə millimiz Rio-2016-da tam heyətlə iştirak edəcək.
1/8 final – Mircəlal Həsənzadə – Ethan Tomapa (Guam) 10:0 (55 san.)
1/4 final – Mircəlal Həsənzadə – Aleksandru Chirtoaca (MDA) 10:0
1/2 final – Mircəlal Həsənzadə – Sandip Tomar (IND) 8*:8
FİNAL – İvan Guidea (ROM) – Mircəlal Həsənzadə 8:3