- Baxış sayı: 35
- 12 Mart 2026 10:56
- Baxış sayı: 109
- Mart 11, 2026
- 0

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyununda “Çelsi” üzərində qazanılan qələbəni (5:2) şərh edib.
Allsport.az xəbər verir ki, gürcüstanlı futbolçu komandasının sona qədər mübarizə apardığını və tapşırığın öhdəsindən layiqincə gəldiyini bildirib.
Kvaratsxeliya üçtopluq fərqin cavab oyunu öncəsi böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Möhtəşəm oyun keçirdik, sona qədər oynamağa çalışdıq və bu vəzifənin öhdəsindən əla gəldik. “Çelsi” üzərində üç top fərqi ilə qələbə qazanmaq cavab görüşü baxımından çox vacibdir. Komanda olaraq əla iş ortaya qoyduq. Hesab 3:2 və 4:2 olarkən daha çox qol vurmaq istəyirdik. Həm hücumda, həm də müdafiədə yaxşı oynadıq. Komandama kömək edə bildiyim üçün çox xoşbəxtəm”.
Hücumçu həmçinin qeyd edib ki, hələ heç nə həll olunmayıb və onlar növbəti qarşılaşmaya köklənməlidirlər. Komandalar arasındakı cavab oyunu martın 17-də Londonda keçiriləcək.