- Baxış sayı: 411
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Oktyabrın 3-də Maltada Avropa olimpiya komitələrinin 45-ci seminarı və olimpiya həmrəyliyi forumu öz işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkəmizi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.
Açılışda Malta milli olimpiya komitəsinin prezidenti Yulian Peys Bonello, Avropa olimpiya komitələrinin prezidenti Spiros Kapralos, Maltanın təhsil, idman, gənclər, tədqiqat və innovasiya naziri Klifton Qrima, habelə Avropa komissarı Qlenn Mikallef çıxış ediblər.
Forumda AOK İcraiyyə Komitəsinin iclasları, komissiya sədrləri ilə görüşlər, birgə işçi sessiyaları, 10-cu Qış Piotr Nurowski Avropanın “ən yaxşı gənc idmançısı” mükafatının təqdimat mərasimi və AOK və olimpiya həmrəyliyi üzrə seminarlar keçirilib.
AOK-un forumu Avropanın gənc idmançılarına dəstək vermək, olimpiya dəyərlərinin təbliği və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli rol oynayır.