- Baxış sayı: 78
- 25 Fevral 2026 17:48
- Baxış sayı: 259
- Mart 05, 2026
- 0

Milli olimpiya komitəsində (MOK) dünya kikboksinq təşkilatları assosiasiyasının (WAKO) prezidenti Roy Beyker və qurumun vitse-prezidenti, Türkiyə kikboksinq federasiyasının prezidenti Səlim Qayıcı ilə rəsmi görüş keçirilib.
Allsport.az xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Azərbaycan kikboksinq federasiyasının rəhbərliyi, eləcə də MOK-un beynəlxalq əlaqələr və idman idarələrinin müdirləri görüşdə iştirak ediblər.
2027-ci ildə Bakıda Avropa çempionatının keçirilməsi məsələsi gündəmdədir və müzakirələr davam edir.