- Baxış sayı: 9
- 16 Aprel 2025 12:32
- Baxış sayı: 85
- Aprel 14, 2025
- 0
Qadınlardan ibarət Azərbaycan milli komandasının səfərdə Monteneqroya qarşı keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, oktyabrın 21-də Podqoritsada keçiriləcək görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Kristina Georgievaya Yekaterina Marinova və Pavleta Raşkova yan xətt, Kristiyana Quteva isə dördüncü hakim qismində yardımçı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.