- Baxış sayı: 47
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

NBA komandalarından “Memfis Grizles”in ulduz müdafiəçisi Ja Morant sosial mediada yenidən odlu silah nümayiş etdirdikdən sonra komandadaxili tədbirlərdən uzaqlaşdırılıb.
Allsport.az xəbər verir ki, sosial şəbəkədə canlı yayım zamanı Morantın dostu kameranı ona tərəf çevirib, bu zaman oyunçunun əlində silah görsənib. NBA hadisə ilə bağlı araşdırmalara başlayıb.
Bu ilin mart ayında Morant gecə klubunda da əlində silahla görüntülənib. Liqa oyunçunu 8 oyunluq cəzalandırıb. Ja həmçinin yetkinlik yaşına çatmayan yeniyetməyə hücum etməkdə ittiham olunurdu.