- Baxış sayı: 35
- 05 Dekabr 2025 15:00
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

Hücumçu Maksim Komtua karyerasını Moskva “Dinamo”sunda davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, tərəflər 1-illik anlaşıblar. 25 yaşlı xokkeyçi Kanada millisinin tərkibində 2021-ci ildə dünya çempionudur.
2023/24 mövsümündə o Karolina sistemində çıxış edib. NHL-də pley-off da daxil olmaqla, 2 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin AHL-də 65 oyunda 44 xala (19+25) malikdir.
Ümumilikdə, Maksim NHL müntəzəm çempionatlarında “Anaxaym” və “Karolina” üçün 211 oyun keçirərək, 87 xal (38+49) toplayıb.