- Baxış sayı: 31
- 26 Fevral 2026 22:44
- Baxış sayı: 44
- Fevral 26, 2026
- 0

“Benfika”nın baş məşqçisi Joze Mourinyo çempionlar liqasında “Real Madrid”ə qarşı keçirilən cavab oyununu (1:2) maraqlı məkandan izləyib.
Allsport.az xəbər verir ki, cəzalı olduğu üçün texniki zonaya daxil ola bilməyən portuqaliyalı mütəxəssis qarşılaşmanı stadiondakı loja yerinə komanda avtobusundan izləməyə üstünlük verib.
Məğlubiyyətə baxmayaraq, Mourinyo oyundan sonra avtobusdan düşərək azarkeşlərlə şəkil çəkdirib və onlara avtoqraf verib.
İlk matçda (1:0) qələbə qazanan “Real” iki oyunun nəticəsinə görə 1/8 finala yüksəlib.