Mövsümə start verildi

Bu gün kişi voleybolçular arasında yüksək liqanın 2025–2026-cı illər mövsümünə start verilib.

Allsport.az xəbər verir ki, FHN-nin idman zalında keçirilən açılış oyununda “Neftçi” komandası “Ordu” klubu ilə qarşılaşıb. 

Daha sonra “Murov Az Terminal” və “Azərreyl” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən oyunlarda “Neftçi” komandası “Ordu” klubunu 3:0 hesabı ilə, “Murov Az Terminal” isə “Azərreyl”i 3:2 hesabı ilə məğlub edib.

I turun “Gənclər” – “Xilasedici” qarşılaşması isə Azərbaycan voleybol federasiyasına ünvanlanmış müvafiq müraciətə əsasən təxirə salınıb. Bu oyunun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Kişilərin Azərbaycan çempionatında 6 komanda – “Azərreyl”, “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, “Ordu” və “Gənclər” iştirak edir. 

Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə keçiriləcək. İki dövrənin yekununda turnir cədvəlində ilk dörd pillədə qərarlaşacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Yüksək liqa 

I tur

16 oktyabr

“Neftçi” – “Ordu” 3:0 (25:17, 25:19, 25:22)

“Murov Az Terminal” – “Azərreyl” 3:2 (25:22, 40:42, 19:25, 25:20, 15:10)

Həmin kateqoriyadan