- Baxış sayı: 218
- 27 Noyabr 2025 22:36
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0
Binə Atçılıq Mərkəzinin hippodromunda cıdır mövsümünə start verib. Allsport.az saytı xəbər verir ki, 3 yaşlı Qarabağ və “Dilboz” atlarının yarışında Orxanbəy Hacıyev “Laləzar”la 1000 metrə hamıdan tez qət edib. 3 yaş və yuxarı ərəb atlarının mübarizəsində eyni məsafəni Azər Əliyev “Pamir”lə 1-ci çatıb.
4 yaş və yuxarı Qarabağ və “Dilboz” atlarının sınağında (1600) Azər Əliyev “Dəmir”lə ilk yeri tutub. 3 yaşlı ingilis atlarının ötüşməsində Rauf Tahirov həmin məsafəni “Atilla” ilə 1-ci olub.
4 yaş və yuxarı ingilis atlarının yarışında (2000) Orxanbəy Hacıyev “Majestic Warrior”la hamını qabaqlayıb.