- Baxış sayı: 45
- 06 Mart 2026 11:15
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

29-30 avqustda Londonda Avropa paralimpiya komitəsinin (EPC) ümumi yığıncağı baş tutub.
Allsport.az xəbər verir ki, yığıncaqda keçirilən seçkilərin nəticəsinə əsasən, EPC-nin hazırkı prezidenti Raymon Blondel (Niderland krallığı) növbəti 4 il müddətinə yenidən quruma rəhbər seçilib.
Natalija Novikova (Latviya) vitse-prezident, Terje Roel (Norveç) isə xəzinədar vəzifəsinə seçilib. İdarə heyətinə Tyaqo Karvalyo (Portuqaliya), Njomza Emini (Kosovo), Asa Llinares Norlin (İsveç), Anita Urr (Macarıstan) və Tomas Varga (Slovakiya) üzv seçiliblər.
Ümumi yığıncaqda milli paralimpiya komitəsinin rəhbərliyi də iştirak edib.