- Baxış sayı: 44
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan velosiped federasiyasının təşkilatçılığı ilə dağ velosipedi (MTB) üzrə federasiya kuboku keçirilib.
Allsport.az xəbər verir ki, Xocasəndə yerləşən dağ velosipedi parkında baş tutan yarışda ümumilikdə 30 velosipedçi qrup ötüşməsində mübarizə aparıblar.
15 və 17 yaşadək oğlanlar təyin olunmuş marşrut üzrə 7 km (hər dairə 3,5 km olmaqla 2 dairə), Elit-U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar isə 9 km (hər dairə 4.5 km olmaqla 2 dairə) məsafə qət ediblər.
Beynəlxalq velosipedçilər ittifaqının (UCI) mövcud qaydalarına əsasən keçirilən yarışda Elit-U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Aqşin Bağırlı (MTB-AVF, 19:26) bütün rəqiblərini qabaqlayaraq 1-ci yerə layiq görülüb. Emin Süleymanov (MTB-AVF, 21:33) 2-ci, Mübariz Süleymanov isə (MTB-AVF, 21:39) 3-cü yerdə qərarlaşıblar.
15 və 17 yaşadək oğlanların mübarizəsində isə Qəhrəman Hacızadə (MTB-AVF, 09:37) hamıdan yaxşı nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tahir Quluzadə (ROEQİUGVM, 10:07) 2-ci, Toğrul Məmmədli (MTB-AVF, 10:44) isə 3-cü yerlə kifayətləniblər.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.