- Baxış sayı: 60
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem bu gün Ağdam klubunun düşərgəsini tərk edərək, Türkiyəyə yollanacaq. Allsport.az xəbər verir ki, o, qardaş ölkəyə “Əskişəhərspor”la müqavilə bağlamağa gedir.
Artıq tərəflərin bütün məsələlərdə razılaşdığı bildirilir. Beləcə, makedoniyalı futbolçunun “Qarabağ”dakı karyerası başa çatmış olacaq.
Qeyd edək ki, geridə qalan mövsümdə Muarem “Qarabağ”ın uğurlu çıxışında xüsusi pay sahibi olan futbolçulardandır. Onun həm avrokuboklarda, həm də daxili birinciliklərdə vurduğu qollar komandaya az uğur gətirməyib. Ötən axşam baş tutan “Neftçi” ilə oyun, eləcə də bu görüşdə vurduğu qol isə Muarem üçün sonuncu olacaq.