- Baxış sayı: 45
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
9-10 dekabrda “Sərhədçi” Olimpiya İdman Mərkəzində qran-prinin final seriyasında iştirak edəcək taekvondoçularımız məlumdur. Allsport.az saytı xəbər verir ki, ustaların yarışında Roman Samodurov (58 kq), Ayxan Tağızadə (68 kq), Rio-2016-nın qalibi Radik İsaev (+80 kq) və olimpiadanın bürünc mükafatçısı Milad Beigi Harçeqani (80 kq), qadınlarda olimpiya medalçısı Patimat Abakarova (49 kq), Yarpaq Əriş (57 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar.
Yarışda hər çəki dərəcəsi üzrə Dünya Taekvondo Federasiyasının (DTF) olimpiya reytinqində qərarlaşan ən güclü 16 idmançı çıxış edəcək. Mükafat yarışının çəki dərəcələri olimpiya çəkilərinə uyğundur (kişilərdə – 58 kq, 68 kq, 80 kq, +80 kq; qadınlar – 49 kq, 57 kq, 67 kq və +67 kq ).
İki gün davam edəcək yarışda 47 ölkədən 128 taekvondoçu öz qüvvəsini sınayacaq. Yarış DTF-nin 45 hakiminə həvalə olunub. Onlar arasında Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov təmsil edəcək. “G8” kateqoriyalı bu turnirdə qızıl medala sahib çıxan taekvondoçunun reytinqinə 80 xal əlavə olunacaq. İkinci yerin sahibi 48, bürünc mükafatçı 28.8 xal qazanacaq. Yarışın qaydalarına əsasən, I, II və III yerin sahiblərinə müvafiq olaraq, 6000 $, 3000 $ və 1000 $ məbləğində pul mükafatı nəzərdə tutulub.
Qeyd edək ki, yarış saat 10:00-da başlayacaq və “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.