Murad Məmmədov qızıl, İslam Abbasov gümüş medal qazanıb

Minskdə Oleq Karavaevin xatirəsinə yunan-Roma güləşi üzrə yarışa yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 3-cü gündə milli baş məşqçi Şaban Donat və məşqçi Rövşən Bayramovun rəhbərliyi ilə daha 2 medal qazanıb.

Murad Məmmədov (60 kq) finalda Rusiyanı təmsil edən erməni Artur Petrosyana qalib gələrək çempion olub. Finalda macar Viktor Lorintsə məğlub olan İslam Abbasov (87 kq) gümüş medalla kifayətlənib. Son Avropa çempionu Eldəniz Əzizli (60 kq) 5-ci yeri tutub.

Xatırladaq ki, daha öncə Taleh Məmmədov (63 kq) qızıl və Rafiq Hüseynov (82 kq) bürünc medal qazanıb. Yarışın hakimləri sırasında həmyerlimiz Elman İsmayılov yer alıb.

Həmin kateqoriyadan