- Baxış sayı: 95
- 09 Aprel 2025 23:24
- Baxış sayı: 95
- Aprel 09, 2025
- 0
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirini davam edir.
Allsport.az xəbər verir ki, yarışın üçüncü günündə yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.
Azərbaycan millisinin 2 idmançısı xalçaya çıxıb. Onlardan Paris-2023 yay olimpiya oyunlarının lisenziyaçısı Murad Məmmədov (63 kq) 1/4 finalda yerli Levente Tothu 11:0 hesabı ilə məğlub edib. O, daha sonra iranlı Meysam Dalkhaniyə (10:1) qalib gələrək finala yüksəlib. Güləşçimizin həlledici görüşdə rəqibi moldovali Viktor Çobanu olub. Murad 10:0 hesabı ilə təmiz qələbə qazanıb.
130 kq-da güləşən Beka Kandelaki isə mübarizəni erkən yekunlaşdırıb. O, startda türkiyəli Rza Kayaalpa 0:3 hesabı ilə uduzub.
Yarışda ölkəmizi 5 yunan-Roma güləşçisi təmsil edir. Sabah Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov, Ülvi Qənizadə (hər ikisi 72 kq) və Sənan Süleymanov (77 kq) mübarizəyə qoşulacaq.