Murad Süleymanov gümüş, Alyona Kolesnik bürünc medal qazandı

Serbiyanın Novı Sad şəhərində güləşçilərin Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, üçüncü yarış günü dünənə nisbətən daha uğurlu keçdi. Üç təmsilçimizdən ikisi medal qazandı. Azərbaycan güləş məktəbinin yetirməsi Murad Süleymanov (74 kq) parlaq çıxışı ilə yadda qaldı.

Yarımfinala qədər inamla irəliləyən həmyerlimiz, qızıl medala gedən yolda rusiyalı rəqibindən də çəkinmədi. Təəssüf ki, həlledici görüşdə təcrübəsizlik ona yarışı yüksək ovqatda bitirməsinə mane oldu.

Qadınlarda Alyona Kolesnik (55 kq) həlledici görüşdə fürsəti boşa verməyərək bürünc medal qazandı.

Xatırladaq ki,ilk 2 yarış günündə bizdən Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş və Tatyana Omelçenko (60 kq) bürünc mükafata yiyələniblər.

55 kq 
Bürünc medal görüşü – Merima Galetin (SRB) – Alyona Kolesnik 0:6 (tuşe, 48 san.)
1/2 final – Bilyana Jivkova Dudova (BUL) – Alyona Kolesnik 12:10
1/4 final – Alyona Kolesnik – Sandra Paruszevski (GER) 10:0
1/8 final – Alyona Kolesnik – Bediha Gun (TUR) 9:2 (tuşe)

61 kq 
Təsəlliverici görüş – Andrei Perpelita (MDA) – Əhmədnəbi Qvarzatilov 12:10
1/4 final – Əhmədnəbi Qvarzatilov – Vladimer Xinçeqaşvili (GEO) 5:9
1/8 final – Jozsef Molnar (HUN) – Əhmədnəbi Qvarzatilov 2:10

74 kq 
FİNAL – Murad Süleymanov – Sönər Dəmirdaş (TUR) 4-6
1/2 final – Axmed Qadjımaqomedov (RUS) – Murad Süleymanov 3:5
1/4 final – Murad Süleymanov – Zalimxan Hacıyev (FRA) 10:5
1/8 final – Murad Süleymanov – Taimuraz Friev Naskidaeva (ESP) 4:1

Həmin kateqoriyadan