”Murov Az Terminal” qələbə qazanıb

Bu gün kişi voleybolçuların yüksək liqasında II turun növbəti oyunu keçirilib. 

Allsport.az xəbər verir ki, FHN-nin idman zalında təşkil olunan qarşılaşmada “Neftçi” komandası “Murov Az Terminal” klubu ilə üz-üzə gəlib. Gərgin keçən oyunda 3:2 hesabı ilə qalib gələn “Murov Az Terminal” çempionatda ikinci qələbəsini qazanıb.

Oyunun nəticəsi

II tur

24 oktyabr

“Neftçi” – “Murov Az Terminal” 2:3 (25:22, 17:25, 25:17, 18:25, 11:15)

Həmin kateqoriyadan