Nərd yarışında fərqləndilər

Gənclər və idman nazirliyi və Milli idman növləri assosiasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan idman akademiyasında təşkil olunan tədbirdə 43 əməkdaş (32 kişi və 11 qadın) iştirak edib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, qadınlar arasında Lətifə Məmmədova (Medianın inkişafı agentliyi) yarışın qalibi olub. İlahə Ələkbərova (Əmək və əhalinin sosial müdafiəsi nazirliyi) ikinci, Aysel Səfərova (Rəqəmsal inkişaf və məqliyyat mazirliyi) üçüncü yerə layiq görülüblər.

Kişilər arasında Teyyub Məmmədov (Ali məhkəmə) birinci olub. Bəhruz Quliyev (“Azergold” QSC) yarışı ikinci, Coşqun Mütəllimov (Ali məhkəmə) isə üçüncü pillədə başa vurublar.

Həmin kateqoriyadan