- Baxış sayı: 32
- 27 Mart 2026 20:40
- Baxış sayı: 34
- Mart 27, 2026
- 0

Azərbaycan döyüşçüsü Nəriman Abbasov növbəti dəfə rinqə çıxıb. Allsport.az saytı xəbər verir ki, idmançımız Moskvada təşkil olunan MMA üzrə “Fight Night Global 71” turnirində qüvvəsini sınayıb.
Yüngül çəki dərəcəsində (70,3 kq) çıxış edən həmyerlimiz rusiyalı Dmitri Qorobetslə qarşılaşıb. Üç raund davam edən döyüş Nərimanın üstünlüyü şəraitində keçib və o, hakimlərin yekdil qərarı ilə qalib elan edilib.
Bu, onun 20-ci döyüşdə 17-ci qələbəsi olub.