Nadal təkbətək oyundan çəkinir?

İspaniyalı tennisçi Rafael Nadal Paris-2024-də təkbətəkdə iştirakından əmin olmadığını bildirib. Allsport.az saytı xəbər verir ki, o, cütlük turnirinə Karlos Əlqərəzlə duetdə qələbə ilə başlayıb. Sitat:

“Sabah oynayacağımdan əmin deyiləm. Komandamla hər şeyi dəyərləndirməliyəm. Bəzən daha az şeylə kifayətlənmək daha yaxşıdır”.

Nadalın sözünə görə, çox gərgin oyun cədvəli onun təkbətək çıxışına mane ola bilər: “Sabah saat 14:00-da oynayıram? Mən bu cədvəli başa düşmürəm. Bu gecə onda bitirdim! Bilmirəm, komanda ilə hər şeyi müzakirə etməliyik. İspaniyanın maraqlarına əsaslanaraq qərar verəcəm”.

Şəxsidə ilk turunda onun Marton Fuçsoviçlə qarşılaşması planlaşdırılır. Bu görüşdə qalib gəlsə, yarışın öncülü serbiyalı Novak Cokoviçlə qarşılaşacaq.

Həmin kateqoriyadan