- Baxış sayı: 44
- 06 Fevral 2026 10:40
- Baxış sayı: 99
- Fevral 06, 2026
- 0
Bu gün Gənclər və İdman Nazirliyində tədbir keçirildi. Allsport.az saytı xəbər verir ki, toplantıda Taekvondo federasiyasının vitse-prezidenti Nağı Səfərov iştirak etdi. Onun sözünə görə, bu mövsüm milli üzvləri gərgin qrafiklə çalışdılar:
«Komandalarımız İslam oyunları, qran-pri yarışları, müxtəlif G dərəcəli turnirlər, dünya çempionatı və Ümumdünya yay universiadasına qatıldılar. Bu sınaqlarda uğurlu nəticə göstərdik.
Hazırda 2 taekvondoçumuz – Radik İsayev (+87) və Milad Hərçəqani (80 kq) öz çəkilərində dünya əmsalında öndədirlər. Onların bu durumu Tokio olimpiadasına lisenziya verir. Çalışırıq ki, olimpiya oyunlarına daha çox vəsiqə qazanaq».