- Baxış sayı: 45
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Koreyanın Muju şəhərində Dünya Taekvondo Federasiyasın növbəti Baş Assambleyası keçirilib. Allsport.az saytı xəbər verir ki, iclasda ötən dörd il ərzində müxtəlif ölkələrdə təşkil edilən yarışlar, tətbiq edilən yeni qaydalar və qarşıdan gələn yarışların hansı ölkələrdə keçirilməsi müzakirə mövzusu olub.
ATF-in vitse-prezidentləri Nağı Səfərov va Niyaməddin Paşayev də iştirak etdiyi toplantıda daha sonra qurumun müvafiq komitələrinə seçkilər keçirilib. Belə ki, 2005-ci ildən quruma rəhbərlik edən və bu vəzifəyə yeganə namizəd Çunq Von Ço yenidən DTF-nın prezident seçilib. Seçki qaydalarına bir sıra dəyişikliklər edildiyinə görə Qitələrarası Taekvondo Birliklərinin seçilmiş prezidentləri birbaşa olaraq, DTF-nın vitse-prezidenti postunda yer alırlar. Digər iki vitse-prezident isə DTF-nın prezidenti tərəfindən yaxın günlərdə təyin ediləcək.
ATF-nın vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib. O, yenidən Avropa Taekvondo Birliyi (ATB) icrayyə komitəsinə üzv seçilib. Seçkilər növbəti 4 il ərzində qüvvədə qalacaq.