- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Malta yığması ilə keçirəcəyi oyun ərəfəsində Azərbaycan milli komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, komandamızın gənc yarımmüdafiəçisi Namiq Ələsgərov bunları söyləyib:
“Millidə ilk rəsmi oyunum olacaq. İstəyirəm ki, qələbə qazanaq. Müəyyən qədər həyəcanlıyam. Amma çalışacağam ki, bunu göstərməyim, baş məşqçinini tapşırıqlarını tam olaraq yerinə yetirim. Məşqçi meydanda bizə məhdudiyyət qoymur. Yəni cinahda oynasam da, sərbəstlik verir. Onun nə istədiyini dərk edirəm”.