Namiq Abdullayev: Olimpiya çempionluğuna real namizədlər üzərində daha çox işləmək lazımdır

Bu gün güləş federasiyasında milli komandaların məşqçilərinin iştirakı ilə toplantı olub. Allsport.az saytı awf.az-a istinadən xəbər verir ki, iclasda AGF-nin yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev açıqlayıb:

“Güləşçilər məşqçilərdən icazəsiz harasa getməməlidir. Ehtiyac yaranarsa, idmançılarla fərdi işləyin, çatışmazlıqların, səhvlərin, müəyyən fəndlərin üzərində davamlı şəkildə çalışmaq lazımdır. İndi hər çəkidə cəmi 16 güləşçi olimpiadada çıxış edəcək. Bütün dünyanın gözü olimpiya oyunlarında olacaq.

Rioda 18 medal qazanmışıq. Tokioda da, ən azı, bu nəticəni təkrarlamağa çalışmalıyıq. Bunun üçün əlimizdən gələni əsirgəməməliyik. Olimpiya çempionluğuna real namizədlər üzərində daha çox işləmək lazımdır. Arzu edirəm ki, olimpiadaya maksimum sayda lisenziya qazanaq”.

Həmin kateqoriyadan